525.Az

Azərbaycan-Braziliya parlamentlərarası münasibətləri genişləndiriləcək


 

Azərbaycan-Braziliya parlamentlərarası münasibətləri genişləndiriləcək<b style="color:red"></b>

İyunun 19-da Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliya Milli Konqresinin Deputatlar Palatasında xarici əlaqələr komitəsinin sədri Nilson Pinto və ölkənin sabiq prezidenti, Senatın xarici əlaqələr və təhlükəsizlik məsələləri komitəsinin sədri Fernando Kolor ilə görüşüb.

Braziliyadakı səfirliyimizdən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə bu ölkə arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin perspektivlərini, parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolunu, əhəmiyyətini və digər məsələləri müzakirə ediblər.

Həmçinin səfir Elxan Poluxov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinin Braziliya tərəfindən dəstəklənəcəyinə əminliyini bildirib və bu məsələnin Azərbaycan üçün əhəmiyyətini həmsöhbətlərinin diqqətinə çatdırıb.



 





20.06.2018    çap et  çap et