525.Az

Aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarət gücləndiriləcək


 

Aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarət gücləndiriləcək <b style="color:red"></b>

Qida Təhlükəsizliyi Agentliyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarəti gücləndirəcək. 

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən  idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq. 

Tələblərə gəlincə, M.Piriyev bildirib ki, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə veriləcək.

 





21.06.2018    çap et  çap et