Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq aeroportunda Əhməd Davudoğlunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və səfirliyin digər əməkdaşları qarşılayıb. Ə. Davudoğlu jurnalistlərə açıqlama verməyib.
Ə. Davudoğlunun səfər çərçivəsində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
İki ölkənin xarici işlər naziri səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək.
APA
çap et