525.Az

Fransa və Xorvatiya 1/8 finalda, Argentina şokda


 

Fransa və Xorvatiya 1/8 finalda, Argentina şokda<b style="color:red"></b>

Dünya çempionatında dünən daha 3 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, ilk olaraq C qrupunda ikinci turun matçları oynanılıb.

Əvvəlcə meydana Danimarka və Avstraliya yığmaları çıxıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Fransa millisi Peru yığması ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn fransızlar 1/8 finala adlayıb. İki oyundan xal toplaya bilməyən Peru millisi isə qrupda qalıb.

Günün son matçında isə Argentina və Xorvatiya yığmaları görüşüb. D qrupunda ikinci turun ilk matçına maraq böyük idi. Çempionatın favoritlərindən olan, lakin birinci oyunda qələbəyə həsrət qalan Argentina yığması xorvatlarla görüşdə daha pis nəticə göstərib.

Qapısından 3 cavabsız qol buraxan Lionel Messinin kapitanı olduğu komanda qrupdan çıxmaq işini çətinə salıb. Xorvatiya isə bu qələbə sayəsində xalını 6-a çatdıraraq 3-cü turdakı oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksəlib.

 





22.06.2018    çap et  çap et