525.Az

Rusiya Xəzərin hüquqi statusu haqqında layihəni təsdiqlədi


 

Rusiya Xəzərin hüquqi statusu haqqında layihəni təsdiqlədi<b style="color:red"></b>

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib. 

APA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib. 

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb. 

Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir. 

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.

 





22.06.2018    çap et  çap et