525.Az

Nazir: “Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”


 

Nazir: “Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”<b style="color:red"></b>

Yaxın zamanlarda Avropa İttifaqının gələcək taleyi həll olunacaq. 

APA-nın xəbərinə görə, bunu “Spiegel”-ə müsahibəsində İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini bəyan edib.

“Bir il ərzində vahid Avropanın qalıb-qalmaması məsələsinə aydınlıq gətiriləcək”, - deyə, M.Salvini qeyd edib.

Onun fikrincə, vəziyyət Aİ büdcəsinin müzakirəsi zamanı, eləcə də 2019-cu ildə Avropa Parlamentinə seçkilərdən əvvəl aydınlaşacaq. 

Siyasi blok daxilində əlaqələrə toxunan M.Salvini Berlin və Roma arasında müxtəlif mövzularda ciddi ziddiyyətlərin olduğunu qeyd edib.

 





24.06.2018    çap et  çap et