525.Az

Bakıda “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək


 

Bakıda “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.

 





24.06.2018    çap et  çap et