525.Az

"Seçici fəallığı Türkiyədə demokratiyanın səviyyəsinin göstəricisidir"


 

"Seçici fəallığı Türkiyədə demokratiyanın səviyyəsinin göstəricisidir"<b style="color:red"></b>

Seçkilərdə ölkə üzrə seçici fəallığı Türkiyədə demokratiyanın səviyyəsinin göstəricisidir.

Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə bazar günü Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin hər zaman seçkilərin keçirilməsinə xüsusi diqqət yetirdiyini qeyd etdi.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

 





24.06.2018    çap et  çap et