525.Az

“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəldi


 

<b style="color:red">“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəldi </b>

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri ölkəmizə gəlib.

Bu barədə 525.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyunun 26-da hərbi paraddan sonra saat 12.30-da “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.

 





24.06.2018    çap et  çap et