525.Az

Türkiyədə səslərin 19,6 faizi sayılıb, Ərdoğan liderdir


 

Türkiyədə səslərin 19,6 faizi sayılıb, Ərdoğan liderdir<b style="color:red"></b>

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 19,6 faizi sayılıb. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sayılan səslərə əsasən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 59,6 faiz, CHP-nin namizədi Məhərrəm İncə 26,1 faiz səs toplayıb. 

İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz və Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.

 





24.06.2018    çap et  çap et