525.Az

Qəmər Almaszadə adına İkinci Beynəlxalq Rəqs Müsabiqəsi başlayır


 

Qəmər Almaszadə adına İkinci Beynəlxalq Rəqs Müsabiqəsi başlayır<b style="color:red"></b>

Bu gün Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə İkinci Beynəlxalq müsabiqəyə start verilib.                                                    

Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən müsabiqəyə 10 ölkədən milli, modern  və klassik rəqs nümayəndələri qatılıb. 

Müsabiqə çərçivəsində Bakıya gələn qonaqlar öncə ulu öndər Heydər Əliyevin məzarını daha sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının xalq artisti, professor, Dövlət mükafatları laureatı, Moskva Dövlət "Rus Baleti" vilayət Teatrının yaradıcısı və daimi bədii rəhbəri, QİTİS-in Baletmeyster sənəti fakültəsinin dekanı, Xoreoqrafiya kafedrasının müdiri Vyaçeslav Qordeyev, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan balet artisti, xoreoqraf, baletmeyster Rəfiqə Axundova, Ukraynanın xalq artisti, professor, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, Xarkov Dövlət Mədəniyyət Akademiyasının Xoreoqrafiya sənəti fakültəsinin dekanı, Slobojan Ukrayna böyük akademik mahnı və rəqs ansamblının bədii rəhbəri və baş baletmeysteri Boris Kolnoquzenko,Azərbaycan Respublikasının xalq artisti, xoreoqraf, baletmeyster, “Şöhrət” ordeni kavaleri Roza Cəlilova, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, “Şöhrət” və “Şərəf” ordenləri kavaleri Afaq Məlikova, “Stara Zagora” opera teatrının rejissoru və baş bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı, Bolqarıstan balet assosiasiyasının rəhbəri, YUNESKO-nun rəqs sənəti üzrə milli komitəsinin Bolqarıstandan sədri Silviya Tomova, Estoniya Respublikasının əməkdar artisti, Sankt-Peterburq “Dance Open” balet festivalının bədii rəhbəri, YUNESKO-nun Beynəlxalq rəqs şurasının üzvü, “Marius Petipa irsi” Beynəlxalq Fondunun təsisçisi və prezidenti, professor Vasili Medvedyev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri, “İsrailin ən yaxşı balerinası” mükafatı laureatı, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olan daimi üzvü Nina Gerşman, Azərbaycan və Rusiyanın Əməkdar artisti, Dövlət mükafatları laureatı, QİTİS Balet Teatrının bədii rəhbəri, Xoreoqrafiya sənəti kafedrasının professoru Vitali Axundov kimi görkəmli rəqs nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqənin açılış mərasimi Heydər Əliyev Sarayında reallaşacaq.

Qeyd edək ki, müsabiqənin I və II turları, eləcə də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və Qala konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcəkdir.

 





25.06.2018    çap et  çap et