525.Az

"Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq 3 dəfə artırıla bilər"


 

"Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq 3 dəfə artırıla bilər"<b style="color:red"></b>

"Azərbaycanda kənd təsərrüfatı potensialı 3 dəfə artırıla bilər". 

"APA-Economics" xəbər verir ki, bunu "Kənd yerlərinin inkişafı və Kənd Təsərrüfatı" mövzusunda keçirilən müzakirələrdə Dünya Bankının (DB) nümayəndəsi Julian Lampetti deyib. 

Onun sözlərinə görə, son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində dəyişikliklər baş verib: "Kənd təsərrüfatının transformasiya prosesi hər bir ölkədə baş verir. Yəni burada gəlirlərin artırılmasından söhbət gedir. Bu sektorda sərmayə hesabına ÜDM-də dəyişikliklər baş verir. Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq Latın Amerikasının 60-cı illərdəki məhsuldarlıq səviyyəsindən bir az yüksəkdir," – deyə J. Lampetti bildirib. 

J. Lampetti qeyd edib ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması yoxsulluqla mübarizədə mühüm rol oynayır. DB rəsmisi qeyd edib ki, Azərbaycanda süd və ət məhsullarının istehsalı ilə bağlı potensial daha yüksəkdir: "Azərbaycanın kənd təsərrüfatı üzrə ümumi potensialı 1,1 milyard dollar həcmindədir. Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağıdır. Amma bu göstərici 3 dəfə artırıla bilər. Azərbaycanda kənd təsərrüfatının zəif tərəfi sırf Rusiya bazarının üzərində qurulması ilə bağlıdır. Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracının 77 faizi Rusiyaya gedir. Yeni bazarlara çıxmağı düşünmək lazımdır".

 





25.06.2018    çap et  çap et