525.Az

"BP Azerbaijan"a yeni azərbaycanlı vitse-prezident təyin edildi


 

"BP Azerbaijan"a yeni azərbaycanlı vitse-prezident təyin edildi <b style="color:red"></b>

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci il tarixindən şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub. 

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu vəzifədə N. Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin  BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq. 

N. Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda  BP-nin “Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda  çalışıb. 

Nərminənin Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalabr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var.  O həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.

 





25.06.2018    çap et  çap et