525.Az

Mehman Hüseynovun kassasiya şikayəti təmin olunmadı


 

Mehman Hüseynovun kassasiya şikayəti təmin olunmadı <b style="color:red"></b>

Ali Məhkəmədə bloqger Mehman Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

APA-nın xəbərinə görə, prosesdə M.Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub. 

İclasda qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun kassasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, M. Hüseynov Nəsimi RPİ-nin rəisi Musa Musayevun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub. 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

 





25.06.2018    çap et  çap et