525.Az

İspaniya və Portuqaliya 1/8 finalda


 

İspaniya və Portuqaliya 1/8 finalda<b style="color:red"></b>

Dünən dünya çempionatının qrup mərhələsində son tura start verilib.

Qol.az xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçirilib.

İlk olaraq A qrupunun komanları mübarizəyə qoşulublar. Bu qrupda pley-off mərhələsinə yüksələn Rusiya və Uruqvay qarşılaşıb. Matç Uruqvayın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı - Misir matçı isə birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca B qrupunun kollektivləri üz-üzə gəlib. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var idi. Əsas diqqətlər İran - Portuqaliya matçına yönəlmişdi. Qrupun hər iki oyununda bərabərlik qeydə alındığından İspaniya və Portuqaliya 1/8 finala yüksəlib. İran və Mərakeş isə mübarizəni dayandırıb.

Uruqvay qrupu 1-ci, Rusiya 2-ci pillədə başa vurub. Uruqvay növbəti mərhələdə B qrupunun 2-cisi Portuqaliya, Rusiya isə B qrupunun 1-cisi İspaniya ilə qarşılaşacaq.

 





26.06.2018    çap et  çap et