525.Az

Əsgər yanına gedən ailə qəzaya uğradı (VİDEO)


 

Əsgər yanına gedən ailə qəzaya uğradı (VİDEO)

Hərbi xidmətdə olan övladlarını görməyə gedən ailə İmişli rayonu ərazisində ağır yol qəzasına uğrayıb.

525.az-ın "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə ağır yaralanıb. Sumqayıt sakini Məhərrəmov Mürvət Cəbrayıl həftənin şənbə-bazar günündən faydalanaraq bacısı ilə birgə hərbi xidmətdə olan oğlunu görməyə gedirmiş.

İmişli rayonu ərazisində sürücü sükana hakimiyyəti itirməsi nəticəsində qəza törədib. Aşaraq yoldan çıxan avtomobil sürətin çox olmasından yuvarlanaraq 30 metr kənara uçub. Zərbənin təsirindən apardıqları qablar və maşının hissələri ətrafa səpələnib. Hadisə nəticəsində həm sürücü, həm də sərnişin yaralanıb. Hər 2 yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Sərnişin Məhərrəmova Mahirə Cəbrayıl qızı xəstəxanada dünyasını dəyişib. Sürücü isə ikinci müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib

 





03.09.2012    çap et  çap et