525.Az

Mahmud Məmmədquliyev Ermənistanda səfərdədir


 

Mahmud Məmmədquliyev Ermənistanda səfərdədir<b style="color:red"></b>

Ermənistan paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib. 

APA-nın məlumatına görə, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik rotasiya qaydasında Ermənistandan Azərbaycana keçib.

“Bu gün İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında quruma sədrlik Ermənistandan Azərbaycana keçib. Azərbaycan QDİƏT-ə 2018-ci ilin iyul ayından dekabr ayına kimi sədrlik edəcək”, - deyə o vurğulayıb. 

Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

 





27.06.2018    çap et  çap et