525.Az

"Münaqişələrin həllində ATƏT-in roluna hələ də ehtiyac var"


 

"Münaqişələrin həllində ATƏT-in roluna hələ də ehtiyac var"<b style="color:red"></b>

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərməyə çalışırlar”. 

APA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Vyanada keçirilən ATƏT-in təhlükəsizlik problemlərinin icmalı üzrə illik konfransında çıxışında deyib. 

A.Qruşko bildirib ki, ATƏT mexanizmlərinin məzmununa hərtərəfli baxmağın vaxtı yetişib: "Hələ də münaqişələrin həllində ATƏT-in fəaliyyətinə tələbat var”. 

Konfransda iştirak edən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda yaşanan böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar da çıxışında hazırda Dağlıq Qarabağ və Gürcüstan münaqişələri ilə bağlı danışıqlarda mövcud olan çətinliklər və imkanlar barədə məlumat verib.

 





27.06.2018    çap et  çap et