525.Az

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi


 

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib: 

Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri 

Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini 

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri 

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri 

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilib.

 





27.06.2018    çap et  çap et