525.Az

Azərbaycanlı fotoqraf tələbə fotoqraflar müsabiqəsinin qalibləri arasında


 

Azərbaycanlı fotoqraf tələbə fotoqraflar müsabiqəsinin qalibləri arasında<b style="color:red"></b>

Paris şəhərinin meriyasında “Paris Match” jurnalının təşkil etdiyi tələbə fotoqraflar müsabiqəsinin təqdimat mərasimi olub.

AzərTAc xəbər verir ki, ölkəmizi nüfuzlu Speos Paris Fotoqrafiya İnstitutunun tələbəsi Maya Bağırova təmsil edib. O, 80 min namizəd arasından seçilmiş 22 finalçıdan biridir.

Finalçılar “Paris Match” jurnalının medalları ilə təltif olunublar.

Qeyd edək ki, Maya Bağırova Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür və Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirir.

 





27.06.2018    çap et  çap et