525.Az

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı başladı


 

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı başladı<b style="color:red"></b>

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir. 

APA-nın məlumatına görə, tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir.

Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

 





28.06.2018    çap et  çap et