525.Az

"Bakı toplantısının faydalı olacağını düşünürəm"


 

"Bakı toplantısının faydalı olacağını düşünürəm"<b style="color:red"></b>

"Bu gün Bakıda keçirilən toplantının Əfqanıstan münaqişəsi baxımından çox faydalı olacağını düşünürəm". 

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edən Əbdülsələm Zəif deyib. 

O bildirib ki, bugünkü toplantıda bir çox məsələ, eləcə də "Taliban" və Əfqanıstan arasında sülh prosesinə dair danışıqların növbəti mərhələsi müzakirə ediləcək.

"Eyni zamanda, Əfqanıstandakı seçkilər, hərbi əməliyyatlar da müzakirə ediləcək. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlara dair çıxışım olacaq", - deyə o əlavə edib. 

Ə. Zəif Bakıya ilk səfərinin olduğunu vurğulayıb və deyib ki, Əfqanıstanın gələcəyinin işıqlı olacağına inanır. 

Qeyd edək ki, Ə. Zəif "Taliban"ın hakimiyyəti dövründə Əfqanıstanın Pakistandakı səfiri olub. O, 2001-ci il dekabrın ortalarında - İslamabad "Taliban"la diplomatik münasibətləri kəsəndən sonra ölkəsinə göndərilib. 

Həmin vaxt Həmid Kərzainin rəhbərlik etdiyi müvəqqəti hökumət onu ABŞ-a təhvil verib.

 





28.06.2018    çap et  çap et