525.Az

Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır"


 

Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır"<b style="color:red"></b>

"Bizim birgə məqsədimiz Əfqanıstan və ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır". 

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakıda keçirilən toplantısında açılış nitqində deyib. 

O bu platformanın əhəmiyyətini qeyd edib: "Bu, çox mühüm platformadır. Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan-"Taliban" münaqişəsinin həllinə dair əməkdaşlıqda  çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq. 

Mən həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarix, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, iqtisadiyyatın, ölkələrin inkişafı üçün bir-birinə kömək edəcək". 

A. Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib: "Bu, həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir. 

Bu məsələ ilə bağlı digər formatlar da mövcuddur, məsələn "Tokio formatı". Hər bir formatın öz  məqsəd və hədəfləri var. Bu baxımdan Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır". 

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümid etdiyini vurğulayıb. 

"Bu ilin oktyabrında qardaş Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, nəticələrinin  gələcəkdə stabilliyin  möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq", - deyə o qeyd edib.

 





28.06.2018    çap et  çap et