525.Az

BANM-da Məzun günü


 

BANM-da Məzun günü <b style="color:red"></b>

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin Məzun günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BANM-ın rektoru Elmar Qasımov və Ali Məktəbin professor-müəllim heyəti iştirak ediblər.
 
R. Abdullayev bildirib ki, müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri BANM-ı seçməyə həvəsləndirir.
 
Elmar Qasımov qeyd edib ki, ötən il Ali Məktəb iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır: "Ali Məktəbin ötənilki ilk məzunlarının hamısı işlə təmin olunub və bu gün həmin məzunlar SOCAR, Türkiyədə STAR Neft Emalı Zavodu, Azneft və başqa şirkətlərdə çalışırlar. Onu da qeyd edim ki, yeni dərs ilindən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayacağıq".
 
2012-ci ildən BANM ilə əməkdaşlıq edən Böyük Britaniyanın Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz, Qəri Counz, Muxtar Babayev də məzunları təbrik ediblər.
 
"Məzun günü" diplomların təqdim olunma mərasimi ilə davam edib.
 
2017/2018-ci tədris ilində Ali Məktəbin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə məzun olan 16 tələbəsi BANM-ın diplomunu, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə məzun olan 35 nəfər və "Kimya mühəndisliyi" ixtisası üzrə məzun olan 41 nəfər tələbə isə BANM-ın və Heriot Vatt Universitetinin diplomlarını alıb.
 
"Məzun günü"nün sonunda mantiya geyinmiş məzunların ənənəvi "papaq atma" mərasimi keçirilib.

 





28.06.2018    çap et  çap et