525.Az

Lidiya Mixaylovna Qranovskaya ADU-da


 

Lidiya Mixaylovna Qranovskaya ADU-da<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskayailə görüş keçirilib.

Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik “История XIX века” və65 cildlik “Большая Советская Энциклопедия: История до Камбиформ” və digər dəyərli kitablardanibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.

ADU-nun rektoru Kamal Abdulla L.M.Qranovskayanın gənclik illərində böyük həvəs və enerji ilə çalışdığının şahidi olduğunu söyləyib: “Lidiya Mixaylovna SSRİ dövründə müxtəlif elm mərkəzlərində, konfranslarda çıxışları ilə həm özünün elmi adını, həm də Azərbaycan elmini yüksəkliklərə qaldıran şəxsiyyət olub. Onun bir çox xarici ölkələrdə dəfələrlə məqalələri çap olunub.

L.M.Qranovskaya ədəbiyytaşünaslığın çox maraqlı sahəsi ilə məşğul olur”. K.Abdulla prezident İlham Əliyevin onu yüksək elmi ada layiq görməsinin də təsadüfi olmadığını vurğulayıb:“Bu, onun zəhmətinə, əməyinə verilmiş ən yüksək qiymətdir”. Rektor

L.M.Qranovskayanın zəngin kitabxanası olduğunu və şəxsi kitabxanasına məxsus bu kitabları ADU-ya bağışladığını bildirib.

K.Abdulla qonağa bu addımına görə təşəkkürünü bildirib və yüksək qiymətləndirib. O, L.M.Qranovskayaya universitetin simvolik hədiyyələrini vəideya müəllifliyi ilə yenicə çapdan çıxmış “Azərbaycan tərcümə ensiklopediyası” kitabını təqdim edib.

L.M.Qranovskaya rektora göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib. Bunun başlanğıc olduğunu diqqətə çatdıran qonaq tələbələrə həmişə kitabın lazım olacağını söyləyib. ADU-ya hədiyyə etdiyi nəşrlərin çox qiymətli olduğunu söyləyən L.M.Qranovskayabu kitabların universitetin kitabxanasının bir hissəsi olacağından məmnun olduğunu bildirib.

Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Əfqan Abdullayev, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Rusiyaşünaslıq Elmi tədqiqat laboratiyasının müdiri professor Məmməd Əliyev, tələbələrin adından isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahin Sərdarlı L.M.Qranovskayanın hədiyyə etdiyi kitabların ADU kitabxanası üçün çox dəyərli sərvət olduğunu qeyd ediblər.

 





28.06.2018    çap et  çap et