Tanınmış yazıçı Kamran Nəzirlinin 60 yaşına
Durub keşiyində bugünkü nəslin,
Eşidir səsini sabahkı nəslin;
Vətəndaş yazarı hər iki əsrin
Kamran Nəzirlidir, Kamran Nəzirli!
İstedad yol gəlir göydən, Tanrıdan,
Xalq üçün doğulub o da anadan.
İngilis dilində bizi tanıdan
Kamran Nəzirlidir, Kamran Nəzirli!
Vurğun küçəsində rastlaşanda biz,
Söz dedi çox qısa, bəzək-düzəksiz;
Bu adam xeyirxah, mehriban, əziz
Kamran Nəzirlidir, Kamran Nəzirli!
Romana bərabər hekayəsi var,
Tərtəmiz məramı, saf qayəsi var;
Ali mükafata layiq yubilyar
Kamran Nəzirlidir, Kamran Nəzirli!
Xoşlamır qondarma şöhrəti-şanı,
Görünür hər şeyin yeri, zamanı!
Gözəl mərasimin baş qəhrəmanı
Kamran Nəzirlidir, Kamran Nəzirli!