525.Az

“Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir”


 

“Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir”<b style="color:red"></b>

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

"APA-Economics" xəbər verir ki, layihə haqqında məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcunu 4-5 dəfə üstələyir.

"Biz bu xarici valyuta ehtiyatlarını düşünülmüş siyasət nəticəsində özümüz yaratmışıq. Belə bir siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları iqtisadi fəallıqla müşahidə olunub.

Görülmüş işlər nəticəsində dövlət büdcəsinin parametrləri əhəmiyyətli dərəcə yaxşılaşacaq. Yeni qanun layihəsinin qəbulu adambaşına düşən büdcə xərclərinin artmasına da təsir göstərəcək. Dövlət Gömrük Komitəsində proqnozlar kifayət qədər uğurla icra olunur.

Sahibkarlar onlar üçün yaradılmış imkanlardan, şəffaflıq istiqamətində görülən işlərdən çox məmnundurlar.

Gömrük sahəsində proqnozlar 25-30 faiz artıqlaması ilə yerinə yetirilir. Bütün bunlar Azərbaycanın potensial imkanlarını genişləndirir. Şəffaflığın artırılması, biznes mühitinin yaxşılaşması, sahibkarlar üçün yeni imkanların yaradılması və digər bu kimi məsələlər büdcənin dürüstləşdirilməsində nəzərə alınıb.

Biz iqtisadi strukturlar – Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər əlaqədar qurumlar arasında əlaqələrin təkmilləşməsini təmin etsək, bizim inkişaf imkanlarımız daha çox olar. Birgə əməkdaşlıq qrupunun yaradılması Azərbaycanın iqtisadi həyatında investisiya mühitinin yaradılmasını şərtləndirir”, - deyə Z.Səmədzadə vurğulayıb.

 





29.06.2018    çap et  çap et