525.Az

Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini imzaladı


 

Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini imzaladı <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib. 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti bununla bağlı bu gün sərəncam imzalayıb. 

Qeyd edək ki, iyunun 22-də Rusiyanın baş naziri Dmitri Medvedyev Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib və imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilməsinə dair qərar imzalayıb. 

Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuş sammitində imzalanaraq qəbul edilməsi gözlənilir.

 





29.06.2018    çap et  çap et