525.Az

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt məlum oldu


 

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt məlum oldu<b style="color:red"></b>

Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.

Bu barədə dünən parlamentdə çıxışı zamanı Milli Məclisin (MM) Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, Azərbaycanın artıq 10 regionunda bununla bağlı yeni texnologiyalar quraşdırılıb:  “Daxili İşlər Nazirliyindən aldığım məlumata görə, sentyabrdan etibarən prosesin özünə başlanılacaq”.

Qeyd edək ki, bu məsələ “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Kamil HƏMZƏOĞLU

 





30.06.2018    çap et  çap et