525.Az

İyulun 3-4-də anomal qızmar hava şəraiti davam edəcək


 

İyulun 3-4-də anomal qızmar hava şəraiti davam edəcək<b style="color:red"></b>

İyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraiti davam edəcək. 

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan MR-da 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.

 

 





02.07.2018    çap et  çap et