525.Az

“Marş İrəli” layihəsi davam edir - Fotolar


 

“Marş İrəli” layihəsi davam edir - <b style="color:red">Fotolar </b>

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.

Təşkilatdan verilən məlumata görə, Ağdam şəhərində keçirilən layihənin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin ordu qruculuğu sahəsində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan müdafiə qabiliyyətini daha da artırıb, ordunun döyüş qabiliyyəti yüksəldilib, maddi-texniki bazası yaxşılaşdırılıb, hərbçilərimiz ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunub: “2016-cı ilin Aprel döyüşlərində Azərbayacan ordusu işğalçı Ermənistana öz gücünü göstərib. Bu döyüşlərdə qüdrətli ordumuz 2 min hektardan çox ərazini işğaldan azad edib, Lələ Təpə yüksəkliyindən düşmən qüvvələrinin təmizlənməsi nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndində təhlükəsizlik tam təmin olunub”. Aprel döyüşlərinin ardınca ordumuzun Naxşıvan istiqamətində keçirdiyi Günnüt əməliyyatı ilə növbəti uğurunu əldə etdiyini deyən M.Seyidov vurğulayıb ki, bununla ermənilər 2016-ci ildə baş vermiş dördgünlük müharibədə Azərbaycan ordusunun əldə etdiyi qələbənin təsadüfi olmadığını bir daha dərk ediblər.

“İrəli” İctimai Birliyinin sədrinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan möhtəşəm paradda çıxış edən prezident İlham Əliyev qeyd edib ki, hazırda ermənilərin qazdığı səngərlərdə Azərbaycan əsgərləri xidmət edir: “Bu o deməkdir ki, Azərbaycan işğal olunan torpaqları azad edir və hazırda ordumuzun Laçın yoluna nəzarəti bunun bariz nümunəsidir”.

Açılış mərasimində sonra layihə Qarabağ həqiqətləri mövzusunda müzakirələrlə davam edib.

Layihənin 2-ci günündə isə iştirakçı gənclərdən ibarət komandalar arasında maneəli qaçış yarışı olub.

Sonra N saylı hərbi hissənin zabit heyyəti tərəfindən teoriki və praktiki təlimlər keçirilib. Təlim iştirakçılarına silahla davranma qaydaları öyrədilib. Təlim iştirakçıları silahın bütün xüsusiyyətlərini daha tez mənimsəmək üçün özləri avtomatları söküb-yığıblar.

Günün ikinci yarısında isə “Müharibəyə psixolojı hazırlıq” mövzusunda təlim keçirilib.

“Marş İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.

“Marş İrəli” ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir. Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir. 

C.ABASOV

 





02.07.2018    çap et  çap et