525.Az

Zaqatalada doğuş zamanı körpə ölümü baş verdi


 

Zaqatalada doğuş zamanı körpə ölümü baş verdi <b style="color:red"></b>

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub. 

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

 





02.07.2018    çap et  çap et