525.Az

Azərbaycan dayanıqlı inkişafla bağlı BMT-yə hesabat təqdim edəcək


 

Azərbaycan dayanıqlı inkişafla bağlı BMT-yə hesabat təqdim edəcək<b style="color:red"></b> "Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının son iclasında bu ilin sonuna qədər Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı atılacaq addımlar müəyyənləşdirilib".
 
APA-nın məlumatına görə, bunu Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminarda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
 
S. Həsənova deyib ki, bu ay işçi qrupları hədəflər üzrə işləyəcək, beynəlxalq təcrübə ilə tanış olacaq:

"Bu ilin sentyabr ayında isə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycanın hədəflərini təsdiq edəcək. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycanda dayanıqlı inkişafla bağlı 2019-cu ildə BMT-yə yeni hesabat təqdim edəcək".
 





02.07.2018    çap et  çap et