525.Az

Azərbaycan dilçisinin əsəri haqqında rəy Rusiya mətbuatında


 

Azərbaycan dilçisinin əsəri haqqında rəy Rusiya mətbuatında<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin rəyi AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın bugünlərdə rus dilində işıq üzü görən “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitabına rəyi Rusiyanın Ufa şəhərində nəşr edilən və beynəlxalq bazalarda indeksləşdirilən “ВЫСШАЯ ШКОЛА” (ISSN 2409-1677 №11/2018, Издательство «Инфинити», г.Уфа) adlı elmi-praktiki jurnalda çap edilib.

Monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunub. 

Müəllif qeyd edir ki, Aynel Məşədiyevanın “Türk dilllərində məsdərlər və feili isimlər” adlı monoqrafiyası olduqca aktual və ciddi bir elmi araşdırma mahiyyəti kəsb edir. Bu kitabın türk dillərinin və onların dialektlərinin materialları əsasında məsdərlərin və feili isimlərin müqayisəli-tarixi aspektdə öyrənilməsi bu dillərin daxili xüsusiyyətlərini üzə çıxarmaq üçün çox əhəmiyyətlidir. Belə ki, bu tədqiqatda türk dillərində məsdərlərin və feili isimlərin tədqiqinin əsas istiqamətlərinin təhlil edilməsinə, onların əsas anlayışlarının və terminlərinin təsvir olunmasına, leksik-semantik, morfoloji-sintaktik xüsusiyyətlərinin müəyyənləşdirilməsinə cəhd edilmiş və göstərilən məsələlər uğurla həllini tapıb.

Rəydə həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərində məsdərlərin və feili isimlərin linqvistik mahiyyəti və spesifik xüsusiyyətləri, onların funksional-semantik potensialı, kateqoriyalararası əlaqələri və sözdəyişmə sistemində münasibətləri problemlərini müfəssəl şəkildə araşdırıb.

 





03.07.2018    çap et  çap et