525.Az

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb


 

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb<b style="color:red"></b>

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun APA-ya verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. 

O qeyd edib ki, elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib. 

P. Abubəkirov onu da vurğulayıb ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

 





03.07.2018    çap et  çap et