525.Az

İşəgötürənlər arasında maarifləndirmə tədbirləri


 

İşəgötürənlər arasında maarifləndirmə tədbirləri <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Səbail və Yasamal rayonunda işəgötürənlərin iştirakı ilə seminarlar keçirib.

Nazirlikdən verilən məlumata görə, Səbail rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" mövzusunda keçirilən seminar zamanı işçilər üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları və s. diqqətə çatdırılıb.

Yasamal rayonunda "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri" və "Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında təşkil olunan seminarda isə əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi və s. ilə bağlı görülməli olan tədbirlər barədə işəgötürənlər məlumatlandırılıb.

İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb etdiyi bildirilib.

Həmçinin, qeyri-rəsmi məşğulluğun mənfi nəticələrindən bəhs olunub, belə halların işçi hüquqlarının pozulmasına səbəb olduğu vurğulanıb.

Qeyd olunub ki, qeyri-formal məşğulluq qanunvericiliyin tələblərinə zidd olmaqla, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olur. Bu da qeyri-formal məşğulluq sektorunda çalışan işçilərin dövlətin sosial müdafiə sisteminə çıxış imkanından məhrum olması ilə nəticələnir.

Hər iki seminar zamanı işəgötürənlərin müvafiq mövzularda sualları şəkildə cavablandırılıb.

C.ABASOV

 





03.07.2018    çap et  çap et