525.Az

Bakı Metropolitenində evakuasiya prosesi başa çatdı


 

Bakı Metropolitenində evakuasiya prosesi başa çatdı <b style="color:red"></b>

Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropolitenin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçiblər. 

Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub.

Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir. 

Qeyd edək ki, hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir İES-dədir.

 





03.07.2018    çap et  çap et