525.Az

Metro stansiyalarının ətrafında sərnişin sıxlığı müşahidə edilir


 

Metro stansiyalarının ətrafında sərnişin sıxlığı müşahidə edilir<b style="color:red"></b>

Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir. 

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. 

"Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik, - deyə, məlumatda vurğulanıb.

 





04.07.2018    çap et  çap et