525.Az

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olundu


 

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olundu <b style="color:red"></b>

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçiriblər. 

Müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib. 

Qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib.

 





04.07.2018    çap et  çap et