525.Az

Dələduzluqda ittiham olunan sabiq MTN polkovnikinin məhkəməsi başladı


 

Dələduzluqda ittiham olunan sabiq MTN polkovnikinin məhkəməsi başladı<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarovun işi üzrə zərərçəkən kimi tanınan Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə peosesi başlayıb. 

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Qeyd olunub ki, T.Rəcəbov 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı, polkovniki olub. 

Еəqsirləndirilən şəxs ittiham aktını əldə etmədiyini söyləyib. Məhkəmə iclası iyulun 11-də davam edəcək. 

Qeyd edək ki, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənova torpaq sahəsini sənədləşdirmə vədini verərək, 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

T.Rəcəbov qızıl biznesi ilə məşğul olub. İş adamı kimi tanınan T.Rəcəbov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb. T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

 





04.07.2018    çap et  çap et