525.Az

Ay tutulması baş verəcək


 

Ay tutulması baş verəcək<b style="color:red"></b>

“Bu il iyulun 27-dən 28-ə keçən gecə Ay tutulması baş verəcək”. 

Bunu APA-ya Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib. 

O bildirib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq. 

Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yer qarşıdurması hadisəsi də baş verəcək. 

X. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: “Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək”. 

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.

 





04.07.2018    çap et  çap et