525.Az

Sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək


 

Sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək<b style="color:red"></b>

“İyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir”. 

“BakuBus” MMC-dən “APA-Economics”ə verilən xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir. 

“Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək,” – deyə məlumatda qeyd olub.

 





04.07.2018    çap et  çap et