525.Az

Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə leysan, dolu yağacaq


 

Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə leysan, dolu yağacaq<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edib.  

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. 

Rayonlarda iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 





04.07.2018    çap et  çap et