525.Az

Məhkəmə Hafiz Hacıyevin iddiası üzrə Aslan İsmayılovu cərimələdi


 

Məhkəmə Hafiz Hacıyevin iddiası üzrə Aslan İsmayılovu cərimələdi <b style="color:red"></b>

Səbail Rayon Məhkəməsində  Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi davam edib. 

APA-nın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə  qərar elan olunub. 

Qərara əsasən, Aslan İsmayılov Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə 1500 manat cərimə olunub, 147.2- ci maddəsi üzrə ona bəraət verilib. 

Həmçinin məhkəmə A. İsmayılov  barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçib. 

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. H. Hacıyev A.İsmayılovun onun şərəf və ləyaqətini alçaltdığını iddia edərək, buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (Təhqir) və 148-ci (Böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. 

A.İsmayılov da qarşılıqlı olaraq H. Hacıyevi məhkəməyə verib.

 





04.07.2018    çap et  çap et