525.Az

TÜSİAB ənənəvi iftar yeməyi proqramında üzvləri ilə görüşdü


 

TÜSİAB ənənəvi iftar yeməyi proqramında üzvləri ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) hər il ənənəvi olaraq təşkil etdiyi iftar proqramı bu il də olduqca maraqlı keçdi. Millət vəkilləri, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müşavirləri, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı səfiri, Azərbaycan Sahibkarlar Konfederasiyası, bir çox diplomatik qurumların nümayəndələri ilə bərabər Azərbaycanın və Türkiyənin mətbuat nümayəndələri,  çox sayıda azərbaycanlı və türkiyəli iş adamları iştirak etdilər.

Qurani Kərim və azan oxunduqdan sonra  başlayan iftar yeməyində çıxış edən TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır, ilk öncə bir müddət əvvəl qəddar cinayət nəticəsində həyatını itirən dəyərli üzvümüz Mehmet Alım Bəy`i rəhmətlə anaraq, Kərkükdən Türküstana, Misirdən Myanmara qədər Türk və İslam coğrafiyasında axan qanın dayanması üçün Allahdan mərhəmət dilədi. Daha sonra TÜSİAB –ın quruluş tarixindən qısaca bəhs edərək, yarandığı gündən bəri fəaliyyətlərində əməyi keçənlərə, iftar süfrəsində toplaşan dəyərli qonaqlara təşəkkür edib, qarşıdan gələn Ramazan Bayramının hər kəs üçün xeyirli olmasını arzuladı.

Daha sonra çıxış etmək üçün kürsüyə çıxan millət vəkili Qənirə Paşayeva, Ramazan ayının fəzilətlərindən, birlik, bərabərlik və həmrəylikdən söz açaraq, TÜSİAB-a gecənin təşkilinə görə təşəkkür etdi.

Gecədə Qənirə Paşayevanın müəllifi olduğu disk və kitabların satışından əldə olunan gəlirlə ehtiyac sahibi olan ailələrə dəstək olunacaq. Həmçinin Türkiyə Respublikasının Azərbaycandakı Din Müşavirliyi tərəfindən  peyğəmbərimiz haqqındakı hazırlanmış xüsusi kitab dəsti də qonaqlarımıza hədiyyə edildi.

 

 





19.07.2013    çap et  çap et