525.Az

“Marş İrəli” layihəsi davam edir


 

“Marş İrəli” layihəsi davam edir<b style="color:red"></b>

Gənclərin vətənpərvər ruhda yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyinin keçirdiyi “Marş İrəli” layihəsi davam edir. 

Ağdamda keçirilən layihənin 3-cü günündə komanda birliyini gənclərdə aşılamaq məqsədi ilə komanda yarışı sessiyası, daha sonra isə təlimçi Anar Məmmədovun təqdimatında “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh” mövzusunda təlim keçirilib. Bu mövzuda müzakirələr aparılıb. Günün sonunda hərbiyə dair suallardan ibarət “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.

Layihənin 4-cü günündə "Aprel döyüşlərində" iştirak edən Hikmət Məmmədov, Azərbaycan şəhid, əlil və veteranlar ictimai birliyinin təşkilat komitəsi rəhbəri, ehtiyatda olan polkonvik-leytenant Elmar Hüseynovla maraqlı görüş olub. Əsgərlərimizin qazandığı böyük uğur - Lələtəpə postunu geri qazanmamıza səbəb olan aprel hadisələri mövzusunda müzakirə həyata keçirilib. 

Paintboll yarışı olub. Günün yekununda gənclər hərbi vətənpərvərlik mövzusunda milli filmlərdən səhnələr canlandırıblar.

Layihənin 5-cü günündə Komanda yarışı sessiyasında gənclər fərqli yarışlarda iştirak edib, əlbəyaxa döyüş taktikası ilə tanış olublar. Daha sonra “Axtar-tap” intellektual oyunu baş tutub. Günün proqramı sərbəst atıcılıq ilə davam edib. Günün sonunda hərbi intellektual yarış baş tutub.

Layihədə Azərbaycan üçün əhəmiyyətli olan “Qarabağ həqiqətləri”, “ASQ-yə xidmət edirəm”, “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh, “Aprel döyüşləri” kimi mövzularda ictimai müzakirə keçirilib

Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı şəbəkə formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

“Marş İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.

 





04.07.2018    çap et  çap et