525.Az

Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası nazir müavininə həvalə edildi


 

Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası nazir müavininə həvalə edildi<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib. 

Bu barədə APA-ya BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib. O deyib ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsinin qalibi olub. Prezidentin 2008-ci il 25 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə  təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Psixologiya üzrə fəlsəfə doktorudur. YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 2 övladı var.

 





05.07.2018    çap et  çap et