525.Az

"5 yaşadək uşaq ölümü göstəricisi 28 faizdən 12,8 faizə düşüb"


 

"5 yaşadək uşaq ölümü göstəricisi 28 faizdən 12,8 faizə düşüb"<b style="color:red"></b>

"Azərbaycanda 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28%-dən 12,8%-ə düşüb. Ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib". 

APA-nın xəbərinə görə, bunu Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə enib. 

O. Şirəliyev qeyd edib ki, son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, ana ölümü 2 dəfə azalıb.

 





05.07.2018    çap et  çap et