525.Az

Mingəçevir İES-də daha bir yanğın - Yenilənib


 

Mingəçevir İES-də daha bir yanğın - <b style="color:red">Yenilənib </b>

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. 

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.  

*** 12:59 

Bu gün səhər saat 09 radələrində Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) ehtiyat transformatorlarından birində yanğın baş verib. 

APA-nın məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və yanğınsöndürənləri cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

 





05.07.2018    çap et  çap et