525.Az

"Münaqişənin həlli üçün tərəflərdən yalnız birinin iradəsi yetərli deyil"


 

"Münaqişənin həlli üçün tərəflərdən yalnız birinin iradəsi yetərli deyil"<b style="color:red"></b>

"Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur".

Bunu "525"ə açıqlamasında Azərbaycanın "Avronest" Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

O qeyd edib ki, status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi və hər vəchlə danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarıq göstərir.

"Lakin təbiidir ki, status-kvo əbədi ola bilməz və münaqişə mütləq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekun da bu danışıqlar bir nəticə verməsə, Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü həll etmək üçün digər yollara da müraciət edəcək. Bu zaman, hərbi paradda bir daha öz təsdiqini tapan Azərbaycan Ordusunun gücü öz sözünü deyəcək. Azərbaycan xalqı da ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir. Bu isə həm də o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq  və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək..." - deyə, S. Qafarova sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





05.07.2018    çap et  çap et